HOME / Blogs / Blogs / “Motobaza” layihəmizə KOBİA tərəfindən “Startap” şəhadətnaməsi təqdim olundu!
  • Xəbərlər
  • NEWS

01/03/2025

“Motobaza” layihəmizə KOBİA tərəfindən “Startap” şəhadətnaməsi təqdim olundu!

Lumusoft  “Motobaza” layihəmizə KOBİA tərəfindən “Startap” şəhadətnaməsi təqdim olundu!

Lumusoft komandası olaraq böyük məmnuniyyətlə bildiririk ki, “Motobaza” layihəmiz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi ilə təltif olunub!

Bu şəhadətnamə bizə 3 il müddətində innovasiya fəaliyyətimizdən əldə olunan gəlirlərə görə mənfəət və gəlir vergisindən azadolma imkanı qazandırır. Qeyd edək ki, KOBİA-nın Ekspertlər Şurasının son iclasında ümumilikdə 9 müraciətə baxılıb və yalnız 7 startapa şəhadətnamə verilməsi qərara alınıb. Bu 7 layihədən biri kimi seçilmək bizim üçün böyük motivasiya və məsuliyyətdir.

Motobaza — motosikletlər, ikitəkərli elektrikli nəqliyyat vasitələri və velosipedlər üçün nəzərdə tutulmuş onlayn marketpleys layihəsidir. Hədəfimiz bu sahədə rəqəmsal alqı-satqı təcrübəsini təkmilləşdirmək, istifadəçilərə çevik və etibarlı platforma təqdim etməkdir.

Layihəmizə göstərilən dəyərə və dəstəyə görə KOBİA-ya təşəkkür edirik! Bu uğur bizi daha da irəli aparmaq üçün böyük stimul oldu.

🚀 Layihəmiz haqqında ətraflı məlumat üçün bizi izləməyə davam edin!

 

smb.gov.az 

 

#Lumusoft #Motobaza #StartupŞəhadətnaməsi #KOBİA #StartapAzərbaycan #İnnovasiya

categories

NEWS
“Motobaza” layihəmizə KOBİA tərəfindən “Startap” şəhadətnaməsi təqdim olundu!

Lumusoft komandası olaraq böyük məmnuniyyətlə bildiririk ki, “Motobaza” layihəmiz Kiçik və Orta Biznesin ...

Veb Saytla Pul Qazanmaq: Ətraflı Təlimat

Veb Saytla Pul Qazanmağın Əsasları Veb saytla pul qazanmaq, internetdə fəaliyyət göstərən hər kəs üçün ...

Azərbaycanın Kiçik və Orta Biznesləri (KOB) Üçün Dijital Strategiyalar: Uğur Qazanmağın Yolları

Kiçik və orta bizneslər (KOB) Azərbaycanda iqtisadiyyatın mühüm bir hissəsini təşkil edir. Lakin bu müəssisələr ...

Rəqəmsal marketinq

Rəqəmsal marketinq: Rəqəmsal marketinq çağımızın ən güclü və təsirli ünsiyyət forması kimi ortaya çıxdı. ...

Biznes Dünyasında Rəqəmsallaşma

Bu məqalə Rəqəmsallaşma və Marketinq Arasındakı Əlaqə,Rəqəmsal Strategiyaların Rəqəmsallaşmaya  Təsiri,Marketinq və ...

Şirkətinizin marka dəyərini artırın

İndiki vaxtda biznesin uğurunda rəqəmsal mövcudluq və qarşılıqlı əlaqə getdikcə daha çox əhəmiyyət kəsb edir. ...

contact

Let's start
Working

Dear Visitor,
Would you like to join the Lumusoft family and make successful projects together? We are excited to start collaborating with you. Please send us your message right away, and let's take the steps together to create innovative solutions!...