Lumusoft komandası olaraq böyük məmnuniyyətlə bildiririk ki, “Motobaza” layihəmiz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi ilə təltif olunub!
Bu şəhadətnamə bizə 3 il müddətində innovasiya fəaliyyətimizdən əldə olunan gəlirlərə görə mənfəət və gəlir vergisindən azadolma imkanı qazandırır. Qeyd edək ki, KOBİA-nın Ekspertlər Şurasının son iclasında ümumilikdə 9 müraciətə baxılıb və yalnız 7 startapa şəhadətnamə verilməsi qərara alınıb. Bu 7 layihədən biri kimi seçilmək bizim üçün böyük motivasiya və məsuliyyətdir.
Motobaza — motosikletlər, ikitəkərli elektrikli nəqliyyat vasitələri və velosipedlər üçün nəzərdə tutulmuş onlayn marketpleys layihəsidir. Hədəfimiz bu sahədə rəqəmsal alqı-satqı təcrübəsini təkmilləşdirmək, istifadəçilərə çevik və etibarlı platforma təqdim etməkdir.
Layihəmizə göstərilən dəyərə və dəstəyə görə KOBİA-ya təşəkkür edirik! Bu uğur bizi daha da irəli aparmaq üçün böyük stimul oldu.
🚀 Layihəmiz haqqında ətraflı məlumat üçün bizi izləməyə davam edin!
smb.gov.az
#Lumusoft #Motobaza #StartupŞəhadətnaməsi #KOBİA #StartapAzərbaycan #İnnovasiya